Ulu öndərin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir

Ulu öndərin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir Azərbaycan tarixinin ən çətin, ən böhranlı vəziyyətində ona müraciət edildi. 1990-cı illərdəki Qarabağdakı hərbi məğlubiyyətlərin sayı artmaqla yanaşı ölkə parçalanmaq təhlükəsi ilə də üzləşmişdi. Prezident, baş nazir, parlement sədri faktiki olaraq ölkəni idarə bilmirdi. Baxmayaraq ki, meydan hərakatında alovlu çıxış edənlər iqtidara gəlsələrdə uğur qazana bilmədilər. Xalqa verilən vədlər icra olunmamış qaldı. Gəncədə baş verənlər isə əsl faciə idi. Polkovnik Surət Hüseynovun rəhbərlik etdiyi silahlı qruplar Bakıya doğru irəliləyirdi. Proseslərin necə cərəyan edəcəyini heç kim proznozlaşdıra bilmirdi.

Belə bir çətin və mürəkkəb vəziyyətdə 1993-cü ildə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. Ölkə vətəndaş müharibəsinin astanasıda idi. Qısa vaxt ərzində vəziyyətlə tanış olan Ümummilli lider hər kəsi təmkinli olmağa, dialoqa çağırdı.Xalqın ən çətin vaxtında O geri çəkilmədi. Baxmayaraq ki, Bakıda da ona qarşı sifarişli hücumlar, tənqidlər davam edirdi.

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən qurtuldu. Müstəqilliyi elan etmək nə qədər asan olsa da onu qoruyub saxlamaq da bir o qədər çətin idi. Ümummilli lider çox yaxşı bilirdi ki, hər şeydən əvvəl iqtisadiyyatı gücləndirmək bundan sonra digər hədəflərə çatmaq lazım idi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə rəsmi Bakı ciddi uğur qazandı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldı. Bu müqavilə ilə Azərbaycan özünün həm iqtisadi, həmdə siyası müstəqilliyini təmin etdi.

Qeyd edək ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyev, Azərbaycanı 1970-1985-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxardı. Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması da birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Nə vaxtsa SSRİ-nin parçalanacağını, müstəqil Azərbaycan üçün ordunun lazım olacağını yalnız dahi şəxsiyyətlər proqnozlaşdıra bilərdi. Böyük döyüş yolu keçən bu lisey 20-dən çox general, bir admiral yetişdirib. 11 Milli Qəhrəman və Vətən müharibəsində 18 Vətən Müharibəsi Qəhrəmanı məhz bu litseyin məzunu olub.Yüzlərlə məzun isə ən ali orden və medallarla təltif edilib. Onu da qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində ən çətin əməliyyatları uğurla yerinə yetirən Müdafiə nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri də məhz Ümummilli Liderin 1999-cu ildə göstərişi ilə yaradılıb.

O dövlətçilik salnaməsində elə bir irs yaratdı ki, onun öyrənilməsinə uzun illər böyük ehtiyac olacaqdır. Ulu öndərin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin

direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər