İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının ədalətli qələbəsi ilə başa çatdı.44 günlük müharibə nəticəsində Azərbaycanın tarixi və əzəli torpaqları düşməndən azad edildi. 28 ildən sonra azad olunmuş torpaqlarımızda həyat ermənilər tərəfindən məhv edimiş ,bütün komunikasiya əlaqələri dağıdılmış, iqtisadiyyat məhv olunmuşdur.
Müharibədən sonra Cənab Prezident Qarabağda həyatı bərpa etmək, iqtisadiyyatı inkişaf etdirmək, quruculuq işlərini aparmaq məqsədilə xüsusi tapşırıqlar vermişdir. Bu gün Qarabağda həm torpaqlarımız minalardan təmizlənilir, həm də quruculuq işləri surətlə yerinə yetirilir.
Dövlətimiz regionda daimi sülhə malik olmaq üçün addımlar atır, Ermənistanı da sülhə çağırır. Çünki biz istəməsək də, təəssüf ki, ermənilərlə qonşuluqda yaşamağa məcburuq. Bu təqdirdə regionda sülhün olması vacib şərtdir.
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsidə Qarabağın inkişafına və regionda daimin sülhün bərqərar olmasına şübhəmiz yoxdur.
Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Dəhlizin açılması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatının inkişafı üçün böyük təkandır. Belə ki, bu dəhliz Azərbaycanın Ermənistana, oradan Naxçıvana gedərək Türkiyə və Avropaya qədər uzanan yeni marşurutunu təmin edir.
Düzdür hələ də Ermənistan dəhlizin əhəmiyyətini anlasa da əməli fəaliyyətə başlamaq istəmir. Görünür müharibədə acınacaqlı məğlubiyyətini həzm etmək istəməyən Ermənistan xalqının ,dövlətinin inkişafını düşünmək istəmir. Sözsüz ki, işğalçı bir dövlət üçün inkişaf yolunu seçmək çox çətindir.
Azərbaycan prezidenti Cənab İlham Əliyevin qətiyyətli və inamlı siyasəti Zəngəzur dəhlizinin açılışını uğurla başa çatdıracaq.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
direktoru Fərqanə Abbasova