Səməni xonçası Azərbaycan xalqının adət və ənənələri boxçasıdır. Xonçaya qoyulan hər bir şirniyyat bir ləldir, cəvahiratdır.
Dünyanın ən gözəl rəngi olan yaşıl – həyatın, nəfəsin əksidir. Yaşıl dağlar, güllü-çiçəkli yaşıl bağlar, planetimizin ağ ciyərləri olan yaşıl meşələr, bunları ifadə edən yaşıl cücərti – səməni.
İnsanlar səməniyə müraciət edərək dedikləri “Səməni, saxla məni, ildə cücərdərəm səni!” misrasının məhz yeni həyatın, yeni nəfəsin başlanğıcı deməkdir. Elə buna görə də səməni Novruz bayramının əsas atributlarına çevrilmişdir. Yaxşı cücərmiş səməni il boyu bolluq, xeyir və xoşbəxtliyə işarədir.
Novruz xonçasında səməninin ətrafında şəkərbura, paxlava, qoğal, müxtəlif çərəz və quru meyvələr qoyulur ki, bunların da hər birinin öz mənası var. Paxlava ulduzu, bəzi mənbələrdə isə torpağı, şəkərbura ayı, şorqoğalı günəşi xatırladır.
İnsanlar göy cisimlərini bir sənət əsəri kimi mətbəxlərində yaratmışlar. Bunları məhz Novruzda bişirmələri təsadüfi olmamışdır. İnsanların dünyaya baxışı, onların ətraf aləmi daima öyrənməyə can atması Novruz süfrəsində özünü göstərir.
Novruz fəlsəfəsi çox dərindir. O, adi bayram deyil.
Novruz – xeyirxahlıq, hörmət, ehtiram, həmrəylik, dostluq bayramıdır. Küsülüləri barışdıran, doğmaları qovuşduran, evlərə sevinc, gülüş gətirən bayramdır. Novruz yalnız süfrəsi ilə deyil, həm də adətləri ilə insanların mənəvi dəyərlərini nümayiş etdirir. “Papaqatdı” xalqımızın əliaçıqlığını, qapısına gələni əliboş qaytarmamasını, evə gələni yuxarı başda oturdub bayram yeməklərinə qonaq etməklə humanistliyini, qonaqpərvərliyini, “Keçəllə Kosanın” min oyununa gülüb torbalarını doldurmaqla ehtiyacı olanlara kömək etməyə hər zaman hazır olmasını göstərən bayramdır.
Novruz Azərbaycan üçün özəl bayramdır. Bu gün xalqımızın ən böyük arzusu Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda” keçirməkdir. Bu gün artıq bu arzu reallaşmaqdadır. Şuşamız da, Kəlbəcərimiz də, Laçınımız da mənfur düşmənlərin işğalından azad edilmişdir. Torpaqlarımız Novruz havası ilə nəfəs alır, dağlarımız səməni rənginə boyanır.
Novruz gəlir, açır gül
Şuşada xarıbülbül.
Çiçəklənir təbiət,
Nəğməsin oxur bülbül.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
direktor əvəzi Gülnarə Məmmədova