Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə həm ötən il ərzində görülmüş işlərin yekun hesabatını, həm də bu il ərzində qarşıda duran işlərin proqramını özündə cəmləşdirir. Müsahibəsində Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərinə malik olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadiyyatımızın müxtəlif sahələrində qeydə alınmış artımı statistik rəqəmlərlə ifadə etməklə hər kəsdə əyani təsəvvür yaratdı.
Ötən il ölkəmizin valyuta ehtiyatlarının 2,5 milyard dollar artması nəticəsində iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib. İqtisadi imkanların artması isə ölkəmizin hər bir bölgəsində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda investisiya proqramlarının tam icra olunmasına zəmin yaradıb. Ölkəmizdə qeyri-neft ixracı 40 faizdən çox artıb ki, bu da böyük nailiyyətdir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib, halbuki, dünyanın əksər ölkələrində bu göstərici əksinə olur. Qeyri-neft ixracının artması imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına deyil, eyni zamanda, digər məhsullar sayəsində ölkəyə cəlb etsin. Bu müsbət dinamika ölkədə manatın möhkəmlənməsini təmin edir. Bundan isə həm ölkə əhalisi faydalanır, həm də manata inam böyük dərəcədə artır. Milli valyutanın sabit olması investorların da maraqlarına xidmət edir və belə olan halda daha irihəcmli investisiyalar cəlb olunur. Azərbaycanda mühüm investisiya layihələrinin icra olunması isə ölkəmizin inkişafına, onun gələcəyinə inamın təzahürüdür.
“Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə çox geniş sosial layihələr həyata keçirilir. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Həyata keçirilən sosial paketlərin ümumi dəyəri 1,5 milyard manat təşkil edir və əhatə dairəsi 2 milyon insandan çoxdur. Maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin. Bu əsasda qeyd edə bilərik ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə buna rast gəlmək olmur. Məsələn, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu günədək bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu proses davam etdirilir”
Dövlətimizin başçısı müsahibəsində əhalinin ərzaq məhsulları ilə təminatı məsələsinə də toxunaraq bu istiqamətdə davamlı olaraq praktiki addımların atıldığını qeyd etdi. Dövlət tərəfindən fermer təsərrüfatlarına subsidiyaların verilməsi, eyni zamanda, müxtəlif köməyin göstərilməsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük stimul yaradır. Azad edilmiş torpaqlarda da uyğun ərazilərdə artıq əkin işlərinin həyata keçirməsinə başlanılması ölkəmizin ərzaq məhsulları ilə təminatına əlavə töhfə verəcək. Müsahibədə o da vurğulandı ki, maksimum şəffaflığın təmin edilməsi üçün ictimai nəzarətin gücləndirilməsi çox vacibdir. Dövlətimizin başçısı bu istiqamətdə artıq sınaqdan uğurla çıxmış ASAN modelinin bütün sahələrdə tətbiq edilməli olduğuna diqqət çəkir.
“Azərbaycan Prezidenti Ermənistan tərəfə bir daha sülh mesajı verməklə yanaşı, eyni zamanda, ciddi xəbərdarlıq da etmiş oldu. Azərbaycanın siyasəti tam aydındır - istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istər gələcək ilə bağlı. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, habelə kommunikasiyaların açılması ilə bağlı olan prosesinə start verilməlidir və nəticədə sülh müqaviləsi imzalanmalıdır. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz zəmanət olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirə bilər. Sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır. Rəsmi İrəvan buna hazır olmalıdır. Vaxtilə bizdən çox ərazilərin qoparılmasına baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan sülhə hazırdır”
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə