Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan davamlı islahatlar yeni mərhələyə qədəm qoyur. Həssas sosial qruplara yönələn siyasətdə davamlı və əhatəli münasibət qəbul edilən qərarlarda özünü göstərir. Həssas sosial qruplardan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas və vacib istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar bu istiqamətdə növbəti mühüm addım olmaqla, ölkə vətəndaşlarının böyük bir hissəsini əhatə edir. Prezident İlham Əliyevin son imzaladığı fərman və sərəncamlar bu kateqoriyanda olan 732 min ölkə vətəndaşını əhatə edəcək. Ümumilikdə isə ilin sonunda imzalanan qanunvericilik aktları 2022-ci ildən təqribən 2 milyon vətəndaşın sosial rifahına və ailə büdcəsinə müsbət təsir edəcək. Bu rəqəmlər bir daha sübut edir ki, fərman və sərəncamlar kifayət qədər maliyyə tutumludur və həmin qrupdan olan əhalinin sosial rifahına müsbət təsir edəcəkdir.
Son 3 ildə artırılan sosial ödənişlərə diqqət etsək görərik ki, bu artımların böyük əksəriyyətində nisbət hər hansı faizlə deyil, dəfələrlə olub. Məsələn, əlilliyi olan şəxslərin müavinətini 2019-cu illə müqayisə etsək yeni Fərmanla bu fərq 2,2- 2,5 dəfə artırılıb. Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2-3 dəfə artırılıb. Rəqəmlər özü-özlüyündə dövlətin sosial siyasətini əks etdirməklə bərabər bu siyasətin davamlı inkişafına mühüm töhfəsini göstərir. Aparılan düşünülmüş və çoxşaxəli siyasətin nəticəsidir ki, sosial siyasətdə yeni model və yeni baxışlar müşahidə olunmaqdadır. Övladlığa götürülməklə bağlı aparılan yeni islahatlar, bu proseduranın asanlaşdırılması və stimullaşdırılması çox önəmlidir. 2022-ci ildən övladlığa götürülən hər uşağa görə 200 manat, sağlamlığı məhdud hər uşağa görə isə 600 manat müavinət ödəniləcək. Yeni sosial baxışdan danışarkən 2019-cu il aprelin 1-də təsis edilən 1-ci dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluğa görə Prezident təqaüdünü xüsusi qeyd etmək lazımdır. Bu kateqoriya üzrə də 60 faiz artım nəzərdə tutulmuş və növbəti ilə bu təqaüdün həcmi 80 manata çatdırılmışdır.
Sosial siyasətin ana xəttində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş və müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər durur. Bu şəxslərin təqaüdləri də cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50 faiz artırılıb.
Azərbaycan 2021-ci ildə müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atdı. İşğaldan azad olunmuş ərazilərə qayıdışı sürətləndirmək üçün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm layihələrin icrasına start verilib. Böyük həcmdə maliyyə vəsaiti tələb edən mühüm infrastruktur layihələri, digər qayıdış proqramları fonunda 2022-ci ilin Sosial Paketinin elan olunması dövlətimizin başçısının həssas sosial qruplardan olan vətəndaşlara qayğısının nümunəsidir.
Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev