Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gucləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.
2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır.
Son günlərdə Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlar və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir .
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Prezidentin yeni Sərəncamına əsasən əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20% artırılacaq. Artım 2022 -ci il yanvarın 1- dən nəzərdə tutulub. Prezident İlham Əliyevin imzaladığı digər Sərəncama əsasən 2022-ci il yanvarın 1-dən Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40% artırilacaq. Prezident cənab İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlara əsasən tələbələlərin də təqaüdləri artırılıb. Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək.
Atılan bütün bu addımlar onu göstərir ki, Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfi əhalinin rifahının təminatıdır.
Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin tarix müəllimi Mirzəyeva Könül Tapdıq qızı