Daşkəsəndə Vətən Müharibəsi Şəhidi Mübariz İbrahimovun anım günü keçirilib, Xoşbulaq kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı olub

Daşkəsəndə Vətən Müharibəsi Şəhidi Mübariz İbrahimovun anım günü keçirilib, Xoşbulaq kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı olub Noyabrın 11-də daşkəsənli Vətən Müharibəsi şəhidi əsgər İbrahimov Mübariz Telman oğlunun Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi komissar, şəhidin yaxınları, şəhid ailələri, qazilər, hərbçilər, müharibə iştirakçıları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub və xatirəsi anılıb.

Çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid Mübariz İbrahimovun ailə üzvlərinə başsağlığı verib, xalqımızın şəhidlərimizlə qürur duyduğunu vurğulayıb, Şəhidin şərəfli həyat və döyüş yolundan söhbət açıb. O bildirib ki, İbrahimov Mübariz Telman oğlu 1990-cı il yanvarın 14-də Daşkəsən rayonu Xoşbulaq kəndində doğulub. Mübariz İbrahimov müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, tankçı olub. Azərbaycan Ordusunun əsgəri Mübariz İbrahimov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yoldaşlarının dediyinə görə, "Mübariz İbrahimov ölmədi, sağdır", - deyərək verilən əmrləri qəhrəmanlıqla yerinə yetirib, şəxsi şücaət və igidlik göstərib. 2020-ci il noyabrın 8-də Xocavənd istiqamətində gedən döyüşlərdə Mübariz İbrahimovun tankı vurulur, o, tankdan çıxa bilmir və qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Mübariz İbrahimov 2020-ci il noyabrın 11-də Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Şəhid Mübariz İbrahimov göstərdiyi igidliyə, fədakarlığa və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “İgidliyə görə”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Daha sonra Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi və şəhid valideynlərinin təşəbbüsü ilə Xoşbulaq kəndində Azərbaycanın Milli Qəhrəmanı general-mayor Şəhid Polad Həşimovun, Vətən Müharibəsi şəhidləri Eşqin Bağırovla Röyal Məmmədovun və Mübariz İbrahimovun xatirəsinə tikilmiş bulaq komplekslərinin açılışı keçirilib. Bulaqların açılış lentini rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə Şəhidlərin valideynləri kəsiblər.

Qeyd edək ki, Şəhid generalımız Polad Həşimov uzun müddət Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən N hərbi hissənin komandiri olub. Peşəkar hərbçi və yüksək insani keyfiyyətləri ilə general-mayor Polad Həşimov daşkəsənlilərin böyük hörmət və sevgisini qazanıb. Buna görə də daşkəsənlilərin istəyi ilə onun xatirəsi Xoşbulaq kəndində əbədiləşdirilib.

Şəhid Mübariz İbrahimovun atası Telman İbrahimov, anası Bəsdi İbrahimova, şəhid Eşqin Bağırovun atası Rafiq Bağırov, anası Nazilə Bağırova və şəhid Röyal Məmmədovun atası Qabil Məmmədov, anası Sevda Məmmədova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin.

Elmar Əliyev – Vüqarlı Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsəndə Vətən Müharibəsi Şəhidi Mübariz İbrahimovun anım günü keçirilib, Xoşbulaq kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı olubDaşkəsəndə Vətən Müharibəsi Şəhidi Mübariz İbrahimovun anım günü keçirilib, Xoşbulaq kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı olubDaşkəsəndə Vətən Müharibəsi Şəhidi Mübariz İbrahimovun anım günü keçirilib, Xoşbulaq kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı olubDaşkəsəndə Vətən Müharibəsi Şəhidi Mübariz İbrahimovun anım günü keçirilib, Xoşbulaq kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı olubDaşkəsəndə Vətən Müharibəsi Şəhidi Mübariz İbrahimovun anım günü keçirilib, Xoşbulaq kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı olub

Oxşar xəbərlər