Daim ideyaları ilə yaşayan, qəlbimizdə ən əziz, ülvi hisləri oyadan şəxsiyyət! Hər birimizə: babamıza, nənəmizə, körpəmizə, gəncimizə-hamıya doğma olan dahi lider! Uşaqkən böyüklərimiz ancaq ondan danışdı, ona heyranlıqla baxdıqlarını görüb sevdik onu! Elə ki böyüdük, onun hər bir çıxışını bir dərs kimi izlədik! İndi yanımızda olmasa da, bütöv və güclü Azərbaycanın memarı kimi tanıyırıq, sevirik, hörmətlə anıb təzim edirik ruhu qarşısında! Bu sətirləri yazdıqca gözləri dolur insanın! Bir anlıq təsəvvür edirsən ki, o gözəl, təsiredici, insanın içini titrədən səsi ilə doğma Şuşamızda “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlmələrini dilə gətirir!.....
Amma yenə də sevinirsən. Sevinirsən ona görə ki, Ümummilli liderin ideyalarını yaşadan dahi bir liderin, Prezidentin var! Hər ikisi xalqının xilaskarı!
Qurtuluş Gününün tarixini vərəqlədikcə qəlbin həyəcanla döyünür.
Onun keçdiyi həyat yolu – Azərbaycanın inkişaf yoludur.
O, ağır zamanlarda xalqı faciələrdən xilas edən bir lider kimi həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Azərbaycan məhz ulu öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edib.
Ümummilli lider ölkəmizin tarixində böyük bir dövrü özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını yaradan, gələcək inkişafı müəyyənləşdirən inkişafa hədəflənən siyasətin müəllifidir. Müasir müstəqil Azərbaycan əbəs yerə ulu öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilmir.
Dahi şəxsiyyətin yüksək mədəniyyəti, dərin biliyi, iti zəkası və ünsiyyət tərzi insanları onun qərar və göstərişlərinin doğru və vacib olmasına inandırırdı. O , bütövlükdə türk dünyası üçün əvəzsiz bir fenomendir.
Xatırlatmaq yerinə düşər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mürəkkəb və ziddiyyətli proseslərin məngənəsində sıxılırdı. Bakıda hakimiyyət uğrunda aparılan savaş cəbhədə torpaqlarımızın itirilməsi ilə nəticələnirdi. İqtisadiyyat tənəzzülə uğrayır, dövlət müstəqilliyimizin məhv olması problemi ortaya çıxırdı. Xalqın sabaha olan inamı isə tamamilə sarsılmışdır. Belə ağır və faciəli günlərdə xalqımız böyük uzaqgörənlik nümayiş etdirərək, ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı. Məhv olmaq həddinə çatmış dövlətçiliyimiz, vətəndaş müharibəsinə sürüklənən xalqımız ulu öndərin uzaqgörənliyi, qətiyyəti və iradəsi sayəsində ağır vəziyyətdən qurtuldu.
Milli Qurtuluş Azərbaycan xalqının xaosdan, özbaşınalıqdan qurtarması, milli dövlətçiliyimizin xilası, nadanlığa və cahilliyə son qoyulması deməkdir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə ümummilli liderimiz Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq, ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatını, qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı qəlbinin hökmü ilə öz üzərinə götürməsi idi. Bu, sözün əsil mənasında, "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib meydana atılan geniş ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi.
Ulu öndər Azərbaycanı dünyaya tanıtdı. Ona görə də, Azərbaycan xalqı öz xilaskarını sevir və onun ruhu qarşısında baş əyir. Nə qədər Azərbaycan xalqı və dövləti var, ulu öndərimiz Heydər Əliyev də yaşayacaq. Onun qurub yaratdığı müstəqil Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutmaqda davam edəcək.
Ramana qəsəbəsi, 90 nömrəli məktəbin direktoru Yeganə Məhərrəmova