Saray bələdiyyəsi ilin əvvəlində ərazidə yaşayan Qarabağ müharibəsi şəhidlərinin yaşadıqları küçədə bulaqlar tikmişdir. Məhi Həsənov şəhid ailələrinin, Qarabağ əlillərinin, veteranların həyətyanı torpaq sahəsi ilə bağlı müraciətlərini müsbət cavablandırmaqla yanaşı, onların işlə təmin edilməsində də əlindən gələni köməkliyi edir. Yeni iş yeri açmaq istəyənlər üçün yer məsələsini problemsiz, get-gələ salmadan həll edir Rövşən müəllim. İkinci Qarabağ müharibəsi başlayan zaman döyüşdə iştirak edən könüllülərin ailələrinə ərzaq yardımı etmişdir. Qurban bayramı ilə əlaqədar olaraq ərazidə yaşayan az təminatlı və kasıb ailələrə burhan payları verilmişdir. Mütəmadi olaraq ərazidə yaşayan az təminatlı ailələrə yardımlar olunur.
Bələdiyyə sədri kimi işinin öhdəsindən bacarıqla gələn Məhi Həsənov həm də Abşeron rayonu Saray qəsəbəsində qazilərinin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən sədr səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə ərazimizdə yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl ailəyə və onun başçısı Məhi Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür məmurların, dövlət qulluqçularının sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq, Neftçalalı Rövşən müəllim kimi.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Abşeron rayonu Saray bələdiyyəsinin sədri Məhi Həsənovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.
Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Məhi Həsənovun saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.
Abşeron rayonu Saray bələdiyyəsinin sədri Məhi Həsənovun səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.
Ona etibar edilən bütün işlərdə Məhi Həsənov özünü doğruldub. Bizdə hörmətli Məhi Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.