f

f Neftçala bələdiyyəsi ilin əvvəlində ərazidə yaşayan Qarabağ müharibəsi şəhidlərinin yaşadıqları küçədə bulaqlar tikmişdir. İkinci Qarabağ müharibəsi başlayan zaman döyüşdə iştirak edən könüllülərin ailələrinə ərzaq yardımı etmişdir. Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsi Vİ məhəllədə və Banke qəsəbəsində yolların cari təmiri başa çatdırılmışdır. Qurban bayramı ilə əlaqədar olaraq ərazidə yaşayan az təminatlı və kasıb ailələrə burhan payları verilmişdir. Mütəmadi olaraq ərazidə yaşayan az təminatlı ailələrə yardımlar olunur.

Karantin dövründə ərazimizdə yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.


Bəzi sayt rəhbərləri Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyev nə istəyirlər?! Yel qayadan nə aparar? İt hürər karvan keçər

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi bələdiyyə sədridir. Bu şəxs kimdir?

Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Aztb.info-ın əməkdaslarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Rövşən Quliyevin saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.

Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.

Ona etibar edilən bütün işlərdə Rövşən Quliyev özünü doğruldub. Bizdə hörmətli Rövşən Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyev - Tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, Vətən müharibəsində də bir ilk yaratdı. 44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Tariximizdə ilk dəfə olaraq işğal altında olan torpaqlar güclü ordu sayəsində azad edildi. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Azərbaycan yeddi rayon ilə yanaşı Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsini azad etdi. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Qazandığı qələbə ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir.

f

Oxşar xəbərlər