Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - Qoynunda suları şəffaf axır. Mahnılardan xatırladığımız o deyimlərdəki Şuşanı artıq görməyə başlayırıq. Qayalardan gələn əks sədalar isə Şuşanın doğma laylası – Qarabağ şikəstəsidir, muğamdır. Artıq müqəddəs torpağında olan izlər Müzəffər Komandanın, qəhrəman qazilərin, doğma sakinlərinin ayaq izləridir. Torpağında müqəddəs şəhidlərin qanı can verir xarıbülbülə...
İki gün öncə izlədiyimiz görüntülər bir daha məni öz mənsubiyyətim, məxsusluğum, Azərbaycanlı olmağım, bu qanı daşımağımla qürur duymağıma səbəb oldu. Ali Baş Komandanın Şuşanın mərkəzində yenidən qurmadan sonra xalqımıza təqdim olunan dahi Vaqifin adını daşıyan türbənin önündə eyniadlı poeziya günlərinin açılışında səsləndirdiyi fikirlər özlüyündə zəngin mesajları ilə yadda qaldı. 39 il öncə Ulu Öndər Heydər Əliyevin dayandığı və nitq söylədiyi o məkan yenidən doğmalarını bağrına basmışdı. Cənab Prezidentin söylədiyi “tarix təkrarlanır” mesajı artıq Azərbaycanın növbəti inkişaf erasına qədəm qoyduğunun bir xəbərçisi idi. Artıq Azərbaycan öz ayaqları üstündə qalmağa çalışan, yarıtmaz siyasətin qurbanına çevrilən kiçik, işğalın cəngində olan zəif bir dövlət deyil. Adını qanıyla, şərəfiylə əbədiyyətə həkk etmiş bir ölkədir Azərbaycan!
Yeni bir inkişaf və tərəqqi dövrünə başlayan Azərbaycanı görmək o qədər də çətin deyil. Tarixin sınaqlarından çıxmış bu xalqın 44 günlük zəfər mücadiləsində Ali Baş Komandan ətrafında yaratdığı birlik əslində öncədən növbəti qələbələrimizin carçısına çevrilmişdi. Son olaraq Cənab Prezident İlham Əliyev açılış nitqində Şuşanın 7 ay içərisindəki dəyişimiylə bağlı verdiyi məlumatlar ilə artıq Azərbaycanın fərqli bir inkişaf mərhələsinə qədəm qoyduğunu elan etdi. 14 yanvar 2021-ci il tarixindəki Şuşaya səfəri zamanı Ali Baş Komandanın irəli sürdüyü təşəbbüslərin cəmi 7 ay içərisində böyük bir qisminin icrası dövlətimizin qüdrətindən xəbər verir.
Zəfər yolunun çəkilişi, yüksək səviyyəli yaşayış infrastrukturunun yaradılması, otel və yaşayış komplekslərinin inşası Şuşanı da belə xoşbəxt görünməyə vadar edir. Artıq Şuşa bilir ki, övladları geri dönüb. Amma bu dəfə əbədi olaraq...
Milli və mədəni irsimiz, tarixi mirasımız olan abidələrin restavrasiyası, milli festivallarımızın bərpası ilə artıq Bülbülün, Natavanın, Üzeyirin ruhları şaddır. Cənab Prezidentin təbilincə desək, artıq Şuşa Azərbaycanın Mədəniyyət beşiyi olaraq bu vacib missiyanı icra etməyə hazırdır. Üzeyirin, Bülbülün nəfəslərinin hopduğu, yaşayıb yaratdıqları evləri muzey olaraq qonaqları salamlamağa başlayır.
Bunlar mədəniyyət beşiyimiz Şuşanın timsalında Bütöv Qarabağ mədəniyyətinin yüksəlişi və dünyadakı layiqli yerini tutması istiqamətində atılan əsas addımlardan biri olaraq tarixə yazılacaqdır.
Ali Baş Komandanın “Biz geri dönürük Şuşa, Biz səni dirçəldəcəyik” sözləri onun nitqi boyu sanki qulaqlarımda səslənirdi. Artıq 25 yaşayış binasının inşasının tamamlanmaq üzrə olduğunu eşitmək isə Böyük Qayıdışın başladığının işarəsi idi.
Cənab Prezidentin söylədiyi açılış nitqi bizi qürurlandırmaqla yanaşı, səsləndirdiyi bir sıra tezislər ilə Azərbaycan gənclərinin önündə də bir sıra vacib vəzifələr qoydu. Bu tezislər sırasında ən vaciblərindən biri tarixdən çıxarılmalı olan dərsdir. Azərbaycan gənci tarixini, kökünü, dostunu və düşmənini unutmamalı, dövlətçilik və milli maraqlarımıza, haqq davamıza sadiq olmalıdır. Önəmli olan digər bir mesaj haqq səsimizin beynəlxalq arenaya, dünyaya layiqincə çatdırılması və bundan sonrakı ali amallarımız üçün dayanmadan çalışmalı olmağımızdır. Çünki Ədaləti istəyiriksə, Onu özümüz bərqərar etməliyik. Öz uğurlarımızla, nəaliyyətimiz və vətənpərvərliyimizlə. O zaman Şuşa da mahnılardakı kimi əbədi olaraq bizi bayrağımızın müqəddəs 3 rəngi ilə qarşılayacaq...