Cənab Prezidentin Şuşaya səfəri xüsusi əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqı üçün çox əziz, müqəddəs bir şəhərdir və cənab Prezidentimizin Şuşaya səfəri qalibin öz azad etdiyi şəhərə olan səfəridir. Bunu zəfər səfəri adlandırmaq olar.
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda abadlıq işləri aparması üçün kifayət qədər imkanları var. Bununla belə bu işdə Azərbaycana dəstək olmaq istəyən, həmin ərazilərə investisiya qoymaq istəyən ölkələr üçün Azərbaycanın qapıları açıqdır. İlk növbədə Vətən müharibəsində Azərbaycanın yanında olan ölkələrin dostluq və qardaşlığını Azərbaycan xalqı heç zaman unutmayacaq. Türkiyə həmişə Azərbaycanın haqq işini dəstəkləyib. Bu məsələdə dünya birliyində böyük nüfuzu olan İtaliya da özünün sivil və ədalətsevər mövqeyini ortaya qoyub.
Bu səfərdən ermənilərin çıxarmalı olduqları çox mühüm nəticələr var. Ermənilər dərk etməlidir ki, Qarabağın dağı da, aranı da Azərbaycanın ayrılmaz parçasıdır. Azərbaycan Qarabağın ən ucqar nöqtəsində də öz suveren hüquqlarını təmin edəcək. Şuşa Qarabağın mənəvi paytaxtıdır. Hadisələrin inkişafı göstərir ki, Böyük Qayıdış Şuşadan başlayacaq. Bu gün Prezidentin getdiyi yolla bir müddət sonra şuşalılar evlərinə qayıdacaq. Əminəm ki, analoji səfərlər Qarabağa qayıdış prosesini daha da sürətləndirəcək.
Prezident İlham Əliyev bir daha Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etdi ki, onlar yenidən baş qaldırsalar bir daha dəmir yumruqla üzləşəcəklər. Azərbaycan təxribatlara çox ciddi reaksiya verəcək. Odur ki, 44 gündə baş verənlərdən ermənilər ciddi nəticə çıxarmalıdırlar. Prezident mənfur ermənilərin tarixi abidələrimizə münasibətindən də geniş söhbət açdı. Ermənilərin mədəniyyət abidələrimizi, məscidlərimizi dağıtdıqlarını xüsusi qeyd etdi. Bülbülün ev muzeyi, Vaqifin məqbərəsi bu vəhşiliyin ən parlaq nümunəsidir. Bu bir daha ermənilərin necə vəhşi xalq olduqlarını göstərir.
Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın Şuşa səfəri mədəniyyət paytaxtımızda böyük dirçəlişin başlandığı gündür! Bu səfər Şuşaya, bununla da bütöv Qarabağa böyük qayıdışın, başlanğıcın ilk addımıdır!
Mustafayev Cavad, Sabunçu rayonu 215 saylı tam orta məktəbin direktoru