Avqustun 25-də “Daşkəsən Dəmir Filiz” MMC Daşkəsən rayon İcra hakimiyyəti ilə birgə Daşkəsənin dəmir filizi yataqlarında üstaçma, dəmir filizinin hasilatı, nəqli və anbarlaşdırılması işlərində ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihəsinə əsasən, iş həcminin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə məsləhətləşmə görüşü təşkil edib.
Daşkəsən rayon İcra hakimiyyətində keçirilən görüşdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, “Daşkəsən Dəmir Filiz” MMC-nin məsul işçiləri, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Azərbaycan Texnologiya Universitetinin və Gəncə Dövlət Universitetinin elmi işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
Əhəd Abıyev görüşü giriş nitqi ilə açıb.
O, çıxışında deyib:
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanmış 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, müzəffər ordumuz erməni təcavüzünə məruz qalmış ərazilərimizi işğaldan azad etmişdir. Beləliklə, dünya hərb tarixinin ən şanlı səhifələrindən birini yazan Azərbaycan ordusu düşmənin təkcə hərb maşınını deyil, həm də erməni iqtisadiyyatını tar-mar elədi. Hansı ki, mütəxəssislərin hesablamasına görə Ermənistan iqtisadi cəhətdən aldığı bu zərbəni heç 30-35 ilə də bərpa edə bilməz.
Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Ulu öndər Heydər Əliyev irsinin layiqli da¬vam¬çısı Prezident cənab İlham Əliyevin müəl¬lif-liyi ilə müasir Azərbaycan tarixinin şanlı səhi¬fələri yazılır.
Ötən illərdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respubli¬ka¬mız dünyanın sürətli inkişaf yolunda irəliləyən, özünəməxsus milli iqtisadi inkişaf modelini yaradan qalib dövlət kimi tanınır.
Respublikamızın iqtisadi in¬kişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qə¬dəm qoymuşdur. Belə ki, yerli istehsalatın inkişafı, bunun üçün bütün mövcud resurslardan, o cümlədən Daşkəsəndəki filiz yataqlarından səmərəli istifadə edilməsi cənab Prezidentin diqqət mərkəzindədir.
İyulun 22-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Daşkəsən rayonuna səfəri zamanı Daşkəsən bəyanatında demişdir: “Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənməsi ilə bağlı konkret planlar var”.
Bu gün biz “AzerGold” QSC-nin Daşkəsən rayonunda da ölkə iqtisadiyyatına gəlir gətirməsi, o cümlədən Daşkəsən rayonu ərazisində mövcud olan dəmir filizi yataqlarının işlənməsi və istismarı üzrə iş proqramı çərçivəsində yataqlarda üstaçma və dəmir filizinin çıxarılması və nəqli işlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin layihəsinə əsasən məsləhətləşmə görüşünün keçirilməsi üçün toplaşmışıq.
Məlumat üçün bildirirəm ki, Daşkəsən rayonu 8 avqust 1930-cu ildə Dəstəfur rayonu adı ilə yaradılıb. Daşkəsən Dağ-Mədən Filizsaflaşdırma Kombinatı 1954-cü ildən fəaliyyətə başlamış və onun bazasında da Daşkəsən şəhəri yaranmışdır.
Vaxtilə illik ilk istehsal gücü 1 milyon ton dəmir filizi olan həmin müəssisədə 2 min nəfərdən çox işçi çalışmışdır.
“Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması, eyni zamanda cənab Prezidentin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, maddi texniki bazasının müasirləşdirilməsi və ondan səmərəli istifadə edilməsi “AzerGold” QSC-yə həvalə edilərək eyni Sərəncamla da “Daşkəsən Filizsaflaşdırma“ ASC ləğv edilmişdir.
Bugünkü görüşdə dəmir filizi yataqlarının işlənməsinin ilkin mərhələsinin vəziyyətinin öyrənilməsinə dair aparılan işlər haqqında mütəxəssislər tərəfindən məlumat veriləcəkdir.
Əlbəttə, sizlərin rəy və təklifləriniz “Daşkəsən Dəmir Filiz” müəssisənin gələcək fəaliyyəti dövründə əməyin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına təsirin qiymətləndirilməsi prosesində nəzərə alınacaqdır.
Rayon İcra hakimiyyəti başçısının çıxışından sonra yataqların işlənməsinin ilkin mərhələsi, filiz mədənləri ərazilərində ilkin vəziyyətə dair 2020-ci ilin oktyabr ayından etibarən aparılan ekoloji monitorinqlər barədə mütəxəssislər tərəfindən məlumat verilib. Qeyd olunub ki, istismarı aparılacaq filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işləri davam etdirilir. İstehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanunauyğun şəkildə idarə olunması, su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi və digər konkret tədbirlər sənədə də öz əksini tapacaqdır.
Görüş iştirakçıları ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun işlənilməsinin və sənəddə öz əksini tapan tədbirlərin icrasının vacibliyi xüsusilə qeyd ediblər. Həmçinin ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib, müzakirə aparılıb. İrəli sürülən təkliflər aidiyyəti üzrə baxılması və sözügedən sənədə daxil edilməsi üçün protokollaşdırılıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini