Səfər çərçivəsində qonaq Daşkəsən rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən əvvəl Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini bildirib.
Görüş zamanı icra başçısı qonağa Daşkəsənin tarixi, iqtisadiyyatı, turizm imkanları barədə geniş məlumat verib. Bildirib ki, Daşkəsən dağ-mədən sənayesi rayonudur və bununla bağlı hazırda iri layihələr icra edilməkdədir. Əhəd Abıyev onu da vurğulayıb ki, Daşkəsən qədim tarixi-memarlıq abidələri, səfalı təbiəti ilə məşhurdur. Buna görə də son illər rayonun turizm imkanlarından səmərəli istifadə edilməsi məqsədilə təqdirəlayiq addımlar atılmışdır və əhalinin məşğulluğunun daha da gücləndirilməsi üçün rayonunun kənd təsərrüfat sektoru ilə turizminin uzlaşdırılması nəzərdə tutulub .
Baş Konsul Zeki Öztürk Daşkəsəndə olmağından məmnun olduğunu və Daşkəsən rayonunun onda yüksək təəssürat oyatdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini