Bir ölkənin inkişafı üçün ən vacib faktorlardan biri dördüncü hakimiyyət adlandırılan mətbuatdır

Bir ölkənin inkişafı üçün ən vacib faktorlardan biri dördüncü hakimiyyət adlandırılan mətbuatdır Bir ölkənin inkişafı üçün ən vacib faktorlardan biri dördüncü hakimiyyət adlandırılan mətbuatdır. Rus müstəmləkəçiliyi illərində ölkədə olan ümumi ləngimələr fonunda mətbuatımızında gec formalaşmasına səbəb olmuşdur. Azərbaycanının ilk mətbua orqanı 1875-ci il 22 iyul tarixində çap olunan Əkinçi qəzetidir. Qəzetin təsisatçısı Moskva Universitetində təhsil alıb və orada qalmaq imkanı olsa da aldığı təhsili ölkəsinin inkişafına, xalqının maariflənməsinə sərf etməyi özünə qayə seçən Həsən bəy Zərdabi olmuşdur. Qəzetin adının “ Əkinçi “ seçilməsidə təsadüfü deyil. Rus müstəmləkiçiliyi dövründə milli kimliyin heçə sayıldığı, bunun unudulması istiqamətində tədbirlərin görüldüyü, hər tərəfdən cəhalət buxovuna məhkum olunduğumuz bir zamanda təbii ki hər hansı qəzetin açılmasına icazənin belə alınması böyük bir addım hesab olunurdu. Həsən bəy Zərdabi bütün bunları çox yaxşı anlıyırdı və icazənin alınmasını asanlaşdırmaq məqsədi ilə qəzetin adını Əkinçi seçmiş və ilk vaxtlar qəzetdə yalnız əkinçilik və kənd təsərrüfatı haqqında məlumat verilmişdir. Zaman keçdikcə artıq qəzetdə məqalələrdə müəyyən siyasi fikirlərdə səslənməyə başlanılmışdı, məhz 1877-ci ildə yeni Rus-Türk müharibəsinin başlanılması və qəzetdə sətr altı olsada türkləri dəstəkləyən fikirlərin bulunması onun 1877-ci ildə yayımının dayandırmasına səbəb olmuşdur. Yalnız 56 nömrəsi çap edilsədə Əkinçi Azərbaycan mətbuatının başlanğıcı oldu. Tarix fəlsəfəsi sübut edir ki, böyük alovların başlanğıcı elə kiçik qıvılcımlarla olur. Həsən bəy Zərdabi bunu yaxşı anlayırdı və bu qığılcımı o yaratdı.

Danılmazdır ki, mətbuat dövlət siyasətinin tənzimlənməsində əvəzsiz rol oynayır, işini bacaran, sözü özünə sənət seçən və sözü düzgün seçməyi bacaran, işini layiqli bilən jurnalistlər xalqa düzgün yolun seçilməsində və göstərilməsində əsas dəstəkçidirlər. Keçən illər ərzində müstəqil respublikamızda bu sahənin inkişafı istiqamətində bir çox addımlar atılmışdır. Ölkəmizlərdə yüzlərlə mətbua orqanı fəaliyyət göstərir, bir çox universitetlərimizdə jurnalistika ixtisası üzrə kadrlar yetişdirilir. Son illərdə jurnalistərin həvəsləndirilməsi istiqamətində ölkə prezidenti İlham Əliyev işində fərqlənən jurnalistləri evlə təmin edir. Bu dövlətin mətbuata olan qayğısından xəbər verir.

Jurnalist olmaq sözə hökm etmək deməkdir. Sözə hökm etməyi bacaran, xalqa düzgün sözü çatdıran jurnalisti kim unutsada tarix unutmuyacaq. Necə ki, Həsən bəyi unutmur, necə ki, qadın başına cəbhəyə xəbər gətirməyə gedən milli qəhrəman Salatın Əsgərovanı unutmur, necə ki jurnalist olmasada xalqa, həmçinin dünyaya haqq səsimizi çatdıran Çingiz Mustafayevi unutmur. Ən pis halda unudulsanızda əziz jurnalistlər qələminizin həqiqətə qulluq etdiyini biləcəyiniz təmiz bir vicdanınızın olması özünüzdən də öncə xalq üçün vacibdir. Qələmi və sözü həqiqətə xidmət edən hər bir jurnalisti təbrik edirik...

Balaxanı qəsəbəsi, 69 saylı məktəbin

tarix müəllimi Xəyalə Əsgərli


Oxşar xəbərlər