Qurtuluşdan Zəfərə gedən şanlı yol

Qurtuluşdan Zəfərə gedən şanlı yol 15 iyun 2021-ci il Azərbaycan tarixində daha bir əlamətdar hadisə ilə yadda qaldı. Azərbaycana səfər edən Türkiyə prezidenti R.T. Ərdoğan Prezident İlham Əliyevlə birgə Şuşada səfərdə oldu və səfər zamanı Şuşa bəyannaməsi imzalandı. Azərbaycan tarixi üçün önəmli olan bu gün həm də düşmənə bir dağ oldu, belə ki, illər əvvəl Cıdır düzündə yallı gedən ermənilər indi o yerlərin həqiqi sahiblərinə həsrətlə baxmaqla kifayətləndilər.

15 iyun Azərbaycan tarixində birinci dəfə deyildi ki əhəmiyyətli rol oynayırdı. Birinci Qarabağ müharibəsi zamanı hakimiyyət qütbləşməsinin baş verməsi, dövlətdə şəxsi maraqlarını ölkə maraqlarından üstün tutan şəxslərin olması və bu insanların şəxsi iddiaları sonda vətəndaş müharibəsinə gətirib çıxarmışdı. 1993-cü ilin iyun ayında isə vəziyyət kifayət qədər gərginləşmişdi, müharibənin gedişində itirilən torpaqlar, hər gün yüzlərlə ölümə oyanan xalq və bütün bunların fonunda hakimiyyətin ələ keçirilməsini hədəf seçən qüvvələr... Bəli, vəziyyət o qədər gərginləşmişdi ki, xalq artıq kimə inanacağını, hansı istiqamətə yönlənəcəyini bilmirdi. Düzdür, hadisələrin fonunda hər kəsin şəxsi haqlı səbəbləri ola bilərdi və ya özünün xalqa ən yararlı insan olmasını da hesab edə bilərdi, ancaq gedişat göstərirdi ki, Azərbaycan dövlətçiliyi təhlükə qarşısındadır və artıq tək Qarabağın xilası deyil, Azərbaycanın xilasına ehtiyac vardı. Bu işi isə belindəki silaha deyil, ağıl və siyasi səriştəsinə inanan biri edə bilərdi. Məhz bu günlərdə həmin zaman prezident olan Əbülfəz Elçibəyin dəvəti ilə Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Heydər Əliyevin qayıdışı xalq tərəfindən böyük sevinc ilə qarşılandı. Xalq artıq özünün xilas olunduğunu hesab edirdi. Bu səbəbdən də Heydər Əliyevin Bakıya qayıdışı tarixi - 15 iyun tarixə “Qurtuluş günü” kimi düşmüşdür. Heydər Əliyev həqiqətən çox mürəkkəb bir siyasi böhranın qarşısında idi və bu böhranı yalnız onun kimi təcrübəyə malik siyasətçi həll edə bilərdi. Tezliklə düzgün manevrlər ilə ölkədaxili böhranın həllinə nail olan Heydər Əliyev artıq 1993-cü ilin oktyabrında xalq tərəfindən prezident seçilərək ölkədə vahid komandanlığa nail oldu.

Keçən illər ərzində edilən ordu quruculuğu, mənəvi-psixoloji hazırlıq II Qarabağ müharibəsində özünü doğrultdu və tarix hər kəsə layiqli qiymətini verdi. Azərbaycan xalqı layiq olduğu qalibiyyəti qazandı, bu qalibiyyət yolunda tökülən hər damla qana minnətdarıq. Tarixlərin təkrarlandığı və irəlilədiyi fonda 15 iyun yenidən sevinc hisləri ilə tarixə düşməyi bacardı. Zamanın yalnız xeyrimizə işləməsi, sülhün, sabitliyin hökm sürməsi, sağlam və xoşbəxt günlərin olması diləyi ilə əziz vətən...

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin müəllimi Xəyalə Əsgərl


Oxşar xəbərlər