Azərbaycan Respublikasının əhalisi müxtəlif etnik tərkibə malikdir. Burada 100-dən artıq etnos nümayəndələri yaşayır ki, dövlətimiz hər zaman onlara qayğı və diqqətlə yanaşır.
Azərbaycanlılar ölkədə yaşayan etnik nümayəndələr arasında daim birləşdirici rol oynamışlar. Təbii ki, bu, Azərbaycan xalqının milli mentalitetindən, xalqların mədəniyyətinə tolerant münasibətindən irəli gedir.
Ölkəmizdə bir sıra azsaylı xalqlar və milli azlıqlar: yahudilər, kürdlər, udinlər, ingiloylar, ləzgilər, avarlar, saxurlar, ruslar, Axıska türkləri və s. xalqların nümayəndələri məskunlaşmışlar.
Tarix boyu Azərbaycanda mövcud olan bütün millətlərin nümayəndələri , azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə qarşılıqlı anlaşma və hörmət şəraitində yaşamışlar.
Ərazi birliyi, oxşar ictimai-iqtisadi, coğrafi və tarixi şərait azərbaycanlıların və azsaylı xalqların məişət və mədəniyyətində, adət-ənənələrində ümumi cəhətlərin formalaşmasına səbəb olmuşdur. Buna, əlbəttə ki, tarix boyu xalqlar arasında gedən etno-mədəni əlaqələr səbəb olmuşdur.
Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər öz dinc axarı ilə getmiş, burada xalqların ənənəvi məişət və mədəniyyətindəki ümumi cəhətlər sıx vəhdətdə olub, bir-birini tamamlamışdır. Eləcə də respublikamızda olan mədəniyyət mərkəzləri bu xalqların milli adət-ənənələrinin dirçəlişi, qorunub saxlanması sahəsində böyük rol oynayır.
Ölkəmizdə hər zaman dini və etnik tolerantlıq, dinlərarası və mədəniyyətlərarası dialoqlar, müzakirələr olur və Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanda tolerantlıq mühiti və dövlətimizin bu istiqamətdə yürütdüyü siyasət danılmazdır.
Dövlətimiz hər zaman azsaylı xalqların nümayəndələrindən diqqət və qayğını əskik etməmişdir. Hal-hazırda Azərbaycandakı birgəyaşayış modeli bir çox ölkələr üçün nümunə ola bilər.
Sabunçu qəsəbəsi,
68 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Günel Zeynallı