İlk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - iyulun 22-si Azərbaycanda “Mətbuat Günü” kimi qeyd edilir.
Əkinçi" qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub."Əkinçi" jurnalistika məktəbi olaraq yarandığı tarixdən - XIX əsrin ortalarından formalaşaraq böyük bir milli ictimai-ədəbi və mədəni düşüncə sisteminin inkişafına güclü təkan verdi. Qəzetdə Həsən bəyin ictimai-siyasi, fəlsəfi, maarifçilik, əkinçilik və kənd təsərrüfatı, eləcə də təbiətşünaslığa dair mülahizələri öz əksini tapırdı. “Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. "Əkinçi" ictimai həyatın aynası kimi cəmiyyətdəki nöqsan və bəlaları öz səhifəsində təsvir etməklə kifayətlənməyib, onları aradan qaldırmağın yollarını da göstərirdi. Köhnə həyat tərzini pisləyən qəzet xalqı yeniliyə səsləyir, onları elmə çağırırdı. Cəmi 2 il çap olunan və bu dövr ərzində 56 nömrəsinin işıq üzü gördüyü “Əkinçi” bu qısa müddət ərzində Azərbaycan jurnalistikasının bayraqdarına, təməli sütununa çevrildi.
Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır.
Ötən dövr ərzində keşməkeşli, eyni zamanda, şərəfli yol keçən milli mətbuatımız bu gün özünün müasir inkişaf mərhələsindədir. Lakin nəzərə almaq lazımdır ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası çox çətin və mürəkkəb yollardan keçmişdir.
Ulu Öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı mühüm addımlar bu sahənin sürətlə inkişafına təkan verdi. Ulu Öndərin mətbuatla, jurnalistlərlə çox sıx münasibətdə olmuş, hər zaman onların problemləri ilə maraqlanmış, mətbuatımızın inkişafı naminə böyük işlər görmüşdür. Heydər Əliyevin davamlı dövlət qayğısı medianın inkişafında mühüm yer tutmuşdur.
Ölkəmizdə azad, demokratik mətbuat məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra inkişaf etmiş və bu sahədə yeniliklər baş vermişdir. Azərbaycan tarixindəki misilsiz xidmətləri, müstəqilliyimiz uğrunda həyata keçirdiyi genişmiqyaslı tədbirlər, xalqımızın rifahı üçün atdığı bütün addımlarla yanaşı, o həm də yaddaşımızda jurnalistlərin dostu, ölkəyə rəhbərlik etdiyi dövrdə mətbuatımızın ən böyük himayədarı kimi qalıb. Ulu Öndər hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərmişdir.
Bu gün jurnalistlərin dostu olan Cənab Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı olaraq jurnalist peşəsinə göstərdiyi xüsusi qayğı və diqqətlə yanaşan dövlət başçısıdır. Azərbaycan dövlətinin azad mətbuatın inkişafında bundan sonra da fəal olacağını hər zaman vurğulayan dövlətimizin başçısı bildirib ki, jurnalistlər üçün bütün şərait yaradılır.
Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol
oynayır. Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır.
Azərbaycan mətbuatı yeni dövrün tələblərinə əsasən inkişaf edir.
Pirşağı qəsəbəsi, 112 nömrəli məktəbin direktor müavini,
ibtidai sinif müəllimi İlahə Abdullazadə