İlyas Əliyev Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik edib

İlyas Əliyev Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik edib Müstəqil Azərbaycanın Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri ürəkdən təbrik edirəm.

Xalqımızın milli mənəvi dəyərlərini, adət-ənənələrini, istək və arzularını, keşməkeşli həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası Həsənbəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatı cox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın gorkəmli mütəfəkkirləri, publisistləri, jurnalistləri, yazıçıları və satirikləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər.

Bu gün Azərbaycanda dünyanın ən qabaqcıl ölkələrinin əldə etdiyi nailiyyətlərlə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio, kütləvi informasiya şəbəkələri, milli jurnalistika elmi inkişaf etmişdir.

Hormətli mətbuat işçiləri!

Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram.

"Xidmət-İş" Hİ Federasiyasının prezidenti, AHİK sədrinin birinci müavini

Oxşar xəbərlər