1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını dövlətimizin, müstəqilliyimizin xilası, müasir dövlətçiliyimizin inşası və bu günkü sabitliyinin, dinamik inkişafın təminatı kimi dəyərləndirilməlidir.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov H.Əliyevin1993-cü il 15 iyun tarixində Azərbaycanı xilas etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin dövrü yaşayan bir insan kimi zaman keçdikcə, baş verən prosesləri analiz edib dəyərləndirdikcə, bir daha H.Əliyev dühası qarşısında baş əyməli olursan.
“1993-cü ildə xalqımız zamanın daha bir ağır sınağı ilə - Azərbaycan Respublikasının və xalqımızın milli varlığının, dövlətçiliyinin məhv olması təhlükəsi ilə üz-üzə idi.Azərbaycan dövlətçiliyi və xalqımız bu ağır sınaqlardan ancaq və ancaq H. Əliyev dühası nəticəsində xilas ola bildi, öz müstəqillyini qoruyub saxlayaraq, dövlətçiliyi möhkəmləndirərək, qısa zaman ərzində özünü dünyaya layiqli, dinamik inkişaf edən bir dövlət kimi təqdim edə bildi. Azərbaycan xalqı H.Əliyevə inanıb, etimad etməklə, tarixin sınağından üzüağ çıxmış oldu. Bu gündən dünənə baxanda və həmin dövrə qiymət verəndə xalqın ən düzgün seçim etdyinin şahidi oluruq”, - millət vəkili bildirib.
O, əlavə edib ki, ümummilli liderin siyasi arenaya dövlət başçısı kimi dönüşü milli qurtuluş tariximizin əsasını qoydu:
“Bundan sonra əldə etdiyimiz bütün uğurlar tarixə qızıl hərflərlə yazılmış həmin təntənəli tarixin məntiqi nəticəsidir.
Çünki bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycan istər 1920-ci ildə, istərsə də 1993-cü ildə çətin sınaq qarşısında dayandı.
Dövlətimiz 1920-ci il aqibətini yenidən 1993-cü ildə yaşama təhlükəsi ilə üzləşdi. Sovet imperiyasının çöküşü ilə müstəqillik əldə edən Azərbaycan olduqca çətin bir vəzifənin öhdəsindən gəlməli idi. Bu ağır durumun bir səbəbi 70 illik bir dövlət düzəninin dağılması, ikinci səbəbi erməni təcavüzüydüsə, ən böyük səbəbi ölkənin idarəçiliyini tam ələ ala biləcək şəxsiyyətin dövlətin başında olmamasıydı.
Baxmayaraq ki, 1991-ci ildə müstəqilliyini yenidən elan edən Azərbaycanı dünya birliyi tanısa da, üzləşdiyimiz mürəkkəb problemləri həll edib, irəliyə aparacaq liderin olmamasından, yenidən məhvolma təhlükəsi ilə üz-üzə qaldıq. Çünki səriştəsiz, tam bir təsadüflə, heç bir siyasi biliyə, təcrübəyə malik olmayan siyasətçilər dövlət postlarını zəbt etdilər. Dillərində “demokratiya” sözünü təkrarlaya-təkrarlaya xalqın istəyini, arzusunu nəzərə almadan öz bildiklərini həyata keçirməyə, ölkədə vətəndaş qarşıdurması yaratmağa başladılar.
1993-cü ilin fevral iyun aylarında hakimiyyəti zəbt etmiş qüvvələr arasında kreslo savaşı amansız şəkil almışdı. Üz-üzə dayanan Azərbaycan oğulları yalnız başqa-başqa şəxslərin iddialarının qurbanına çevrilmişdi. Xalq Cəbhəsi, o cümlədən, hakimiyyəti itirmiş qüvvələr, hətta Azərbaycanın müstəqilliyi bahasına olsa belə hakimiyyət savaşından geri durmurdular. Belə çətin günlərdə Surət Hüseynovun rəhbərliyi ilə Gəncədə hakimiyyətə tabe olmadığını elan etmiş bir qrup hərbçi qiyam qaldırdı. Azərbaycan vətəndaş müharibəsi və qardaş qırğını astanasında idi, itkilər var idi. Bu fəlakətin qarşısını almaq üçün xalqın sağlam qüvvələri zamanının böyük siyasətçisi Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşirək, Ulu Öndərdən Bakıya gəlməyi xahiş etdi. Xalqın sağlam qüvvələri üzləşdiyimiz bu vəziyyətdən ancaq H.Əliyevin çıxaracağına ümid edirdi və bu inamında da yanılmadı. Azərbaycanın xilaskarı ancaq o bilərdi və oldu da... Ötən zaman bunu sübut etdi”- İ.Məmmədov bildirib.
O, əlavə edib ki, Ulu Öndərin hakimiyyəti qayıdışı ilə Azərbaycan üzləışdiyi bütün təhlükələri bir-bir dəf etdi və 15 iyun müasir dövlətimizin tarixinə bir qurtuluş günü kimi yazıldı.
Deputat bildirib ki, H. Əliyev qısa zamanda ölkədə siyasi sabitliyi bərpa edərək, ölkənin gələcək inkişaf strategiyasını hazırladı.
“1994-cü ildə ermənilərlə atəşkəsə nail olunmasının ardından bütün diqqət ölkənin sosial- iqtisadi inkişafına yönəldi. Elə həmin ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və bununla da Azərbaycanın dünyaya inteqrasiyasının əsası qoyuldu. Düzdür, ölkəmizi sevməyən qüvvələr yenə də Azərbaycanın siyasi xəritədən silmək, dövlətçilyimizi məhv etmək üçün səylərini davam etdiridi. Ancaq Ulu Öndər H. Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bütün bu cəhdlərin qarşısı alınırdı. H.Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bir neçə il ərzində ölkədə tam siyasi sabitlik təmin olundu, Azərbaycan sürətlə hərtərəfli inkişaf yoluna qədəm qoydu. Ölkə iqtisadiyyatı inkişaf etdikcə Azərbaycanın beynəlxalq nüfuzu artdı və öz layilqi yerini tutmağa başladı. Düşünülmüş siaysət nəticəsində Azərbaycan təkcə iqtisadi sahədə deyil, idman, mədəniyyət və digər sahələrdə də uğurlar əldə etdi. Azərbaycan dünyada bir idman ölkəsi kimi tanınmağa başladı”, - deputat qeyd edib.
O, bildirib ki, Ulu Öndərin bu siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirildi:
“H.Əliyev siyasətinin və irsinin layiqli davamçısı , ulu öndərin nəzərdə tutuduğu bütün planları uğurla həyata keçirməklə Azərbaycanın dayanaqlı inkişafını təmin etdi. Bu illər ərzində milyardlarla dollar ölkə iqtisadiyyatına yatırıldı. Xalqın üzləşdiyi bütün sosial-iqtisadi problemlərin həlli istiqamətində konkret addımlar atıldı. Ölkədə sabitlik hökm sürməkdədir. Məhz bunun nəticəsidir ki, hər il Azərbaycanda ən mötəbər idman, humanitar, iqtisadi, maliyyə və digər beynəlxalq tədbirlər keçirilir. Bu gün Bakı dünyanın üzləşdiyi problemlərin bir dialoq mərkəzinə çevrilib. Bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı transmilli layihə reallaşdırılmır. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azəbaycanın bölgənin enerji qovşağından, logistik bir qovşağa çevrildi. Bununla da Azərbaycanın suverenliyini, təhlükəsizliyini, sabitliyini möhkəmlətmiş oldu. Bir sözlə qeyd etmək olar ki, Azərbaycanın bu gün əldə etdiyi bütün uğurların kökündə 15 iyun 1993-cü ildə Ulu Öndər H.Əliyevin dönüşü dayanır. Əminəm ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ulu Öndərin bütün arzuları reallaşacaq, Azərbycan qısa zaman ərzində dünyanın rifah işində yaşayan və ən inkişaf ölkələri sırasında yer alacaq”.