İlham Əliyev Abşeronda — YENİLƏNİB

İlham Əliyev Abşeronda — YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Xırdalan şəhərində Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Abşeron Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkəmizdə sayca 42-ci Olimpiya İdman Kompleksidir. Tikinti işləri ən yüksək səviyyədə aparılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşdü.
Güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.

Oxşar xəbərlər