Bu gün "Sputnik" Xəbər Agentliyinin ofisində Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiyanın Jurnalistlər İttifaqının əməkdaşlığı haqda imzalanmış Memorandum ilə bağlı mətbuat konfransı keçirilib.
Politoloq İlqar Vəliyevin açılışını etdiyi konfransda Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyev, Rusiyanın məşhur publisisti Rafael Hüseynov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edib.
Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan Solovyev Prezident İlham Əliyevlə dünən baş tutan görüşü haqda danışıb: “Dünən cənab Prezident İlham Əliyev və onun müşaviri Əli Həsənovla baş tutan görüşümüz qırx dəqiqə davam etdi. Cənab Prezident Rusiya və Azərbaycan jurnalistlərinin əməkdaşlığını yüksək qiymətləndirir. Biz Xəzəryanı ölkələrin jurnalistlərinin ittifaqını yaratmaq ideyası haqda müzakirələr apardıq. Tərəfimizdən imzalanan bu memorandum iki ölkə arasındakı münasibətlərin, jurnalist birliyinin inkişafına öz müstəsna töhfəsini verəcək”.
Daha sonra çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib: “Bir neçə gün öncə imzalanan bu müqavilənin əsas məqsədi Rusiya və Azərbaycan jurnalistlərinin əməkdaşlığını genişləndirməkdir. Bu müqavilə gələcəkdə qarşılıqlı səfərlər, əməkdaşlıq, master-klasların təşkilində mühüm rol oynayacaq. Artıq dekabr ayında rusiyalı jurnalistlərin Bakıya, may ayında isə azərbaycanlı jurnalistlərin Rusiyaya səfəri planlaşdırılır. Hazırda müqavilənin iş planı üzərində çalışırıq”.
Rafael Hüseynov da çıxışında Prezident İlham Əliyevin bu əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb: “Cənab İlham Əliyev Heydər Əliyevin təməlini qoyduğu siyasəti uğurla davam etdirir. O, Rusiya-Azərbaycan jurnalistlərinin əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd etdi. Cənab Əliyev Azərbaycanda baş verən hadisələrdən tam xəbərdar olmadan yazan bəzi rus jurnalistlərdən narazı olduğunu da qeyd etdi və ölkədə baş verənləri öz gözləri ilə görmələri üçün rus jurnalistləri Azərbaycana dəvət etdi”.