
Ölkə.Az xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu üzrə Hərəkat”ın yaydığı bəyanatda deyilir.
"Əziz həmvətənlər, Ermənistan Respublikasının vətəndaşları bu gün (dünən-red) ölkənin bütün ərazisi üzrə vətəndaş itaətsizliyi aksiyaları keçirdik. Sabah (bu gün-red) eyni ruhda davam edirik. Eyni qətiyyətlə. Saat 16:00-da Ermənistan Milli Məclisinin binası qarşısında görüşürük və xalqın iradəsini hakim rejimə qarşı tətbiq edirik. Vətənimizi birlikdə xilas edəcəyik!", - deyə müxalifətin yaydığı bəyanatda qeyd edilib.