Aksiya iştirkaçıları Rusiya səfirliyi qarşısında “hədiyyə” qoyublar
İrəvanda Rusiya XİN rəhbərinin səfərinə təşkil olunmuş yürüş başa çatıb.
Bu barədə aksiya təşkilatçıları məlumat veriblər.
Etirazçılar polislə danışıqlardan sonra Rusiya səfirliyi qarşısında simvolik “hədiyyə” - karton qutuda köhnə ayaqqabı və “molotov kokteyli” şüşəsi qoyublar.
Aksiya iştirakçıları bildiriblər ki, ayaqqabı “qana bulanmış Rusiya çəkməsinin” rəmzidir.
21.04.2016 19:46
İrəvanın Azadlıq meydanından Ermənistan XİN və Rusiya səfirliyinin binalarının qarşısına yürüş başlayıb.
Yürüş iştirakçıları Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü ərəfəsində öz tələblərini irəli sürmək niyyətindədirlər.
Qeyd edək ki, artıq Facebook səhifəsində yayılan bəyanatda bildirilir ki, Serqey Lavrovun İrəvanda Ermənistan höküməti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planının müzakirəsi zamanı etiraz aksiyası təşkil olunacaq.
Aksiya iştirakçıları “DQR”in tanınması və Rusiyanın Azərbaycana silah satışının dayandırması tələbləri irəli sürüləcək.