Ermənistanda parlamentdənkənar 16 siyasi partiya bu gün saat 12.00-dan vətəndaş itaətsizliyi aksiyasına başlayır.
Bildirilib ki, həmin təşkilatlar Ermənistanın baş naziri Nikol Paşinyana istefa verməsi üçün dekabrın 8-i saat 12:00-dək möhlət verib. Ancaq müxalifət hesab edir ki, N.Paşinyan onların irəli sürdüyü ultimatumu qəbul etməyəcək. Ona görə də həmin siyasi qüvvələrə Ermənistanı iflic vəziyyətinə salmağı planlaşdırıblar.
Onlar saat 12-dən sonra paytaxt Yerevanın müxtəlif küçələrini bağlayıb, şəhərdə nəqliyyatın hərəkətini iflic edəcəklər.