Daşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçirib

Daşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçirib Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müşavirədə koronavirusa qarşı görülən işlər təhlil edilib, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət müzakirə olunub, tapşırılıb ki, ticarət və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməli, ictimai yerlərdə insanlar 10 nəfərdən artıq qruplarda cəmləşməməli, tibbi-pofilaktik qaydalara əməl etməklə maarifləndirmə və təbliğat işləri mütəmadi olaraq aparılmalıdır.
Rayon rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin humanist siyasətinə, atdığı addımlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsəndə birlik və həmrəyliyə çağıran müxtəlif sosial kampaniyalar təşkil olunaraq aztəminatlı ailələrə, ahıl sakinlərə maddi yardımlar edilir, ərzaq bağlamaları verilir, vətəndaşlara evlərdə sosial-məişət xidmətləri göstərilir, xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.
Əhəd Abıyev müşavirədə rayon ərazisində xüsusi karantin rejimi qaydalarını pozan Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əzizov Hətəm Musa oğlu barəsində deyib: “Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əzizov Hətəm Musa oğlunun Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində elan edilən xüsusi karantin rejimi dövründə öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz arayışlar verməsi əsaslı faktlarla müəyyən edilmişdir.
Belə ki, 1 may 2020-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən aparılan yoxlama zamanı Əzizov Hətəm Musa oğlu ilə bağlı işində əsaslı şübhələr müəyyənləşdirilərək toplanmış materiallar əsasında akt tərtib olunmuşdur.Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 02 may 2020-ci il tarixli 43 nömrəli əmri ilə Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əzizov Hətəm Musa oğlunun dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.
Əgər hər hansı icra nümayəndəsinin fəaliyyətində qanunazidd hərəkətlərə dair əsaslı şübhələr olarsa, onun barəsində ən ciddi zəruri hüquqi tədbirlər görüləcəkdir”.
Qərargah üzvü Daşkəsən Rayon Polis şöbəsinin rəisi Azay Ağayev çıxışında qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına rayon ərazisində ciddi surətdə riayət olunması və həmin qərardan irəli gələn qaydaların yerlərdə əhaliyə çatdırılması istiqamətində Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər görülür, hər bir vətəndaşa həssaslıqla yanaşılır.
Rayon mərkəzi xəstəxanasının direktoru Mirzəkərim Tağıyev isə bildirib ki, COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün xüsusi işçi qrupunun rayonda fəaliyyəti davam edir. Məhz Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə vətəndaşların sağlamlığının qayğısına qalaraq görülən işlərin nəticəsidir ki, hazırda Daşkəsən rayonunda koronavirusa yoluxan yoxdur.
Daha sonra çıxış edən Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi (İƏDÜN) Nüsrət Vəliyev, Dəstəfur kənd İƏDÜN-si Lalə Cəfərova, Əmirvar kənd İƏDÜN-si Rüfət Bədəlov, Bayan kənd İƏDÜN-si Firuddin Həsənov, Kəmərqaya kənd İƏDÜN-si Qurban Səfərov, Yuxarı Daşkəsən qəsəbə İƏDÜN-si Nizami İmanov və başqaları çıxışlarında Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edərək bildiriblər ki, ölkə başçısı cənab İlham Əliyevin ətrafınızda sıx birləşərək koronavirus təhlükəsinə qarşı daşkəsənlilər birmənalı olaraq həmrəylik nümayiş etdirirlər.
Müşavirənin sonunda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin “daim vətəndaşların yanında olun” tapşırığına uyğun olaraq hər kəsə məsuliyyətli olmağı və tələb olunan karantin rejimi qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərməyi bir daha tapşırıb.


Daşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçiribDaşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçiribDaşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçiribDaşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçiribDaşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçiribDaşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçiribDaşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçiribDaşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçiribDaşkəsəndə mayın 4-də İcra başçısı qərargah üzvləri ilə birgə inzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçirib

Oxşar xəbərlər