ABŞ-ın Qrelandiya məsələsinə yanaşmasında köklü bir dəyişiklik olmadığı təqdirdə, bu proses, çox güman ki, qlobal güc balansını alt-üst edəcək Qərbin köklü şəkildə yenidən qurulması ilə nəticələnəcək. Bu barədə “politico” yazıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Trampın Qrelandiyanı ələ keçirməsinə mane olmağa çalışan hər kəsə cəzaverici tariflər tətəbiq etmək təhdidi Avropanın səbrini daşdırıb. “Avropa öz təhlükəsizlik ittifaqını yaratmağa hazırdır və Ukrayna bunda əhəmiyyətli rol oynaya bilər”, nəşr qeyd edib.
“Politico”nun yazdığına görə, Böyük Britaniya və Norveç kimi AB-dən kənarda olan Avropa dövlətləri də daxil olmaqla Amerikanın iştirakı olmadan yeni hərbi-siyasi ittifaq yaratmaq niyyətindədir.
"Britaniya baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, eləcə də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Finlandiya Prezidenti Aleksandr Stubb və İtaliya baş naziri Meloni də daxil olmaqla liderlər müntəzəm olaraq bir-birlərinə belə bir mesaj ünvanlayırlar” – nəşr qeyd edib.
Nəşr hesab edir ki, NATO-nu əvəzləyəcək yeni hərbi-siyasi ittifaqda Ukrayna da yer ala bilər.