Xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nəzarətin həyata keçirilməsi ilə bağlı bu qayda ilə müəyyən edilən müvafiq tələblər xüsusi icra məmurunu müvəqqəti əvəz edən xüsusi icra məmuruna da şamil olunacaq.
Xüsusi icra məmurlarının fəaliyyətinə Nazirlik tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçiriləcək.
Xüsusi İcra Məmurlarının Palatasının üzvü xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna bilər.
Yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılacaq. Plan üzrə (növbəti) yoxlama iki ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılacaq.