Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Daşkəsən rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
Aprelin 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin birbaşa nəzarəti və iştirakı ilə Daşkəsən şəhərinin küçə və prospektlərində, ayrı-ayrı ərazilərdə, yaşayış və inzibati binalarda dezinfeksiya işləri aparıldı.
Rayonun ərzaq marketlərində unun, ət və süd, o cümlədən digər kənd təsərrüfatı məhsullarına baxış keçiriərək xususi tapşırıqlarını verdi.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev həmçinin, şəhər ərazisindəki apteklərdə olaraq dərman və tibbi ləvazimatların, xüsusilə maska, əlcək və tibbi spirtin satış qiymətləri barədə göstərişlərini verdi. Əhəd Abıyev rayon Polis şöbəsinin rəisi ilə birgə 430 maska və əlcəyi ehtiyacı olan vətəndaşlara çatdırdırılmasını təşkil etdi.
Qərargah üzvlərinin iştirakı ilə rayon ərazisində xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasına bağlı baxış keçirən Rayon İcra Hakimiyyətinin Başçısı sosialyönümlü məsələrin həllinin nəzarətdə saxlanılmasının vacibliyini vurğulayaraq aztəminatlı ailələrə maddi yardım göstərdi.
Polis maşınlarından səsgücləndiricilərlə koronavirusla bağlı çağırışlar vətəndaşlara çatdırıldı, küçəyə icazəsiz çıxmağın qadağan olunması izah edildi. Sakinlərin vaxtaşırı həkim müayinəsindən keçirilməsi tapşırıldı. Qeyd edildi ki, xüsusi karantin rejiminə əməl etmək mütləqdir.
Daşkəsən rayonunda sabitlik olmaqla koronavirus infeksiyasına qarşı gündəlik dezinfeksiya işləri aparılır, əhalinin sağlamlığının qorunması, virus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminə əməl edilməklə vətəndaşlara evdə qal çağırışı edilir.