Nurməhəmmədov: Putin zəng elədi, dedim ki, yəqin məni döymək istəyirlər — VİDEO

Nurməhəmmədov: Putin zəng elədi, dedim ki, yəqin məni döymək istəyirlər — VİDEO Döyüşdən sonra qarışıq hislər yaşayırdım.
Bu sözləri UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla aralarındakı döyüş barədə danışarkən deyib.

“Məni qalib elan edəndə soyunub-geyinmə otağında idim. 300 mühafizəçinin əhatəsində oturmuşdum.
Vladimir Putin zəng edib necə olduğumu soruşdu. Mən tribuna yaxınlığında 300 nəfərin əhatəsində oturduğumu dedim. Dedim ki, yəqin məni döyməyə toplaşıblar”, - idmançı bildirib.

Nurməhəmmədov həmçinin Makqreqorun 2019-cu ilin oktyabrında Moskvada keçirilən mətbuat konfransında revanşa ümid etdiyini söyləməsinin həqiqəti əks etdirmədiyini deyib:

“Onu 4 raund boğdum, döydüm. Axı o, özü bunun sona çatması üçün əlini vurdu. Düşünürəm ki, o, döyüş istəmir”.


Oxşar xəbərlər