UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqor və Həbib Nurməhəmmədov arasında oktyabrın 7-də Las-Veqasda keçirilən döyüşün translyasiyasında rekord qeydə alınıb.
Bu haqda “MMA Fighting” bildirib.
UFC 2,4 milyon pullu yayım satıb. Onların minimal dəyər təxminən 90 dollar təşkil edib. Təşkilatın translyasiyaların satışından gəliri hələ hesablanmayıb.
Daha əvvəlki rekord 2016-cı ildə Makqreqor ilə Neyt Dias arasında keçirilən görüşdə qeydə alınıb. O zaman təşkilatçılar 1,5 milyon yayım reallaşdırmağı bacarmışdılar.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.