FİFA-nın keçirdiyi “Ən yaxşı futbolçu” sorğusu ilə bağlı narazılıqlar davam edir.
APA məlumatına görə, milli komandaların kapitanları və baş məşqçiləri, həmçinin jurnalistlərin iştirak etdiyi səsvermə ilə bağlı növbəti saxtakarlıq faktı üzə çıxıb.
Nikaraqua millisinin kapitanı Xuan Barreranın ardından Sudan yığmasının baş məşqçisi Zdravko Luqaroşiç də seçiminin FİFA tərəfindən düzgün hesablanmadığını açıqlayıb. O bildirib ki, ən yaxşı futbolçu kimi “Barselona”nın argentinalı hücumçusu Lionel Messiyə səs verməyib.
Z.Luqaroşiç 1-ci yerə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı layiq görüb. O, ikinci sırada Killian Mbappeni, üçüncü yerə isə Vircil van Deyki qoyub.
Qeyd edək ki, FİFA-nın səsverməsində Lionel Messi qalib gəlib. X.Barrera da ona səs vermədiyini açıqlasa da, FİFA nikaraqualının 1-ci argentinalını göstərdiyini hesablayıb.