Mbappe 1-ci, Ronaldo 20-ci oldu

Mbappe 1-ci, Ronaldo 20-ci oldu Mbappe 1-ci, Ronaldo 20-ci olduƏn bahalı futbolçuların adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Pari Sen-Jermen”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe “CİES Football Observatory” araşdırma mərkəzinin təqdim etdiyi dünyanın ən bahalı futbolçuları siyahısında ilk pillədə qərarlaşıb. Onun dəyəri 252,2 milyon avro təşkil edir.

İkinci yerdə “Liverpul”un forvardı Məhəmməd Salah (219,6 milyon avro), üçüncü yerdə “Mançester Siti”nin yarımmüdafiəçisi Rəhim Sterlinq (207,9 milyon avro), dördüncü yerdə isə “Barselona”nın forvardı Lionel Messi (167,4 milyon avro) qərarlaşıb.

Fransanın PSJ futbol klubunun hücumçusu Neymar 17-ci (124,7 milyon avro), “Yuventus”un forvardı Kriştianu Ronaldo isə 20-ci (118,1 milyon avro) yeri tutub.

Oxşar xəbərlər