FİFA Qətərdən rüşvət almaqda ittiham olunur

FİFA Qətərdən rüşvət almaqda ittiham olunur Britaniyanın “The Times” qəzeti öz səhifələrində Qətərlə FİFA arasında baş tutan razılaşmaları əks etdirən sənədləri dərc edib.

ONA-nın “Lenta.ru”ya istinadən yaydığı xəbərə görə, razılaşmaların ümumi dəyəri 880 milyon dollar dəyərindədir və bunun rüşvət xarakterli olması ehtimalı var.

“DÇ-2022″nin ev sahibliyinin müəyyənləşdiyi səsvermədən 3 həftə öncə “Əl-Cəzirə” telekanalı FİFA ilə $400 mln dəyərində müqavilə imzalayıb.

Müqaviləyə görə, Qətər səsvermədə qalib gələcəyi təqdirdə, FİFA-ya daha $100 mln ödəniləcəkmiş.

Daha $480 mln dəyərində müqavilə isə Qətər şeyxinə məxsus “beİN” şirkəti ilə imzalanıb.

Qeyd edək ki, 3 il bundan qabaq FİFA-da korrupsiya faktlarına dair aparılan istintaq heç bir nəticə verməyib.

Oxşar xəbərlər