Ramil Usubovla danışıqlar aparmaq üçün Bakıya gəlir

Ramil Usubovla danışıqlar aparmaq üçün Bakıya gəlir Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair ikitərəfli məsləhətləşmələr aparmaq üçün Bakıya gələcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyinə Şuranın Mətbuat xidmətindən bildirilib.

“Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək. O, Bakıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və hər iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə Rusiya-Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparacaq”, - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər