Prezident İlham Əliyev dünən imzaladığı sərəncamlarla general-polkovnik Ramil Usubovu daxili işlər naziri vəzifəsindən azad edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi postuna gətirib.
Maraqlıdır, Ramil Usubov yeni vəzifəsində kimi əvəz etdi, indiyə kimi Təhlükəsizlik Şurasının katibi vəzifəsini kim həyata keçirirdi?
Modern.az saytının məlumatına görə, Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.
O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Təhlükəsizlik Şurasına aşağıdakı vəzifəli şəxslər daxildir:
Milli Məclisin sədri
Baş nazir
Prezident Administrasiyasının rəhbəri
Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri
Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
Daxili işlər naziri
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.
İndiyə kimi Təhlükəsizlik Şuranın katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirirdi. Bundan sonra həmin vəzifəni eks-daxili işlər naziri Ramil Usubov həyata keçirəcək.
Təhlükəsizlik Şuranın katibi Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Təhlükəsizlik Şurasının katibi təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.