Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
AzFakt.com xəbər verir ki, Sabir Nağıyev Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir. O, 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyıb.
Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır.
Onların daha bir qardaşı Vəli Nağıyev 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində işləyir.
Maraqlıdır ki, son sərəncamdan sonra hər üç qardaş general-leytenant ali hərbi rütbəsində xidmət edəcək.
Modern.az