FHN Sabirabad Mərkəzi bazarındakı yanğınla bağlı məlumat yayıb

FHN Sabirabad Mərkəzi bazarındakı yanğınla bağlı məlumat yayıb Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunun Mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildirilib ki, iyulun 16-da səhər saatlarında Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə Nazirliyə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib. Yanğın söndürülüb.

Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Oxşar xəbərlər