Bakının ən böyük qəbiristanlığında yanğın

Bakının ən böyük qəbiristanlığında yanğın Bakının ən böyük qəbiristanlığı olan Yasamal qəbiristanlığında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda qəbirstanlığının ərazisində ümumi sahəsi 15 m2 olan fəhlələrin geyinib-soyunma otağının tavanı yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 8:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar xəbərlər