2.5 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi — FOTO

2.5 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi — FOTO İspaniyanın İbiza adasında hücum məruz qalan azərbaycanlı turistin kimliyi məlum olub.
"Ölkə.Az" xəbər verir ki, xarici KİV həmin soyğunçuluq hadisəsində 22 yaşlı azərbaycanlının 1 milyon funt-sterlinqlik ( 2,167,600 AZN) saatı oğurlandığı barədə xəbər dərc edib.

Xəbərdə qeyd edilir ki, hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib. Həmin vaxt 22 yaşlı gəncin yanında dostu olub.

Həmyerlimiz hadisə ilə bağlı polisə məlumat verib. Hazırda araşdırma gedir.
Qeyd edək ki, oğurlanan saat "Richard Mille” markasına aid "50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir.

Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, "50-03 McLaren F1” cəmi 40 qramdır.
Əldə etdiyimiz məlumata görə isə hücuma məruz qalan şəxs "Nortqaz" şirkətinin 61 yaşlı keçmiş sahibi, "Forbes" jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu olub.2.5 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi — FOTO








Oliqarx oğlu kimliyinin mətbuata sızmaması üçün İspaniya polisindən xüsusi xahiş də edib.

Xatırladaq ki, Fərhad Əhmədovun oğlu bir müddət öncə də mətbuatın diqqətində olmuşdu. Belə ki, 27 yanvar 2017-ci il tarixində baş tutan Britaniya məhkəməsində Fərhad Əhmədov arvadının ona oğlunun sinif yoldaşı ilə xəyanət etdiyini qeyd etmişdi.

Oxşar xəbərlər