Müştərini yumruqla öldürən inzibatçı cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.
Bu gün cinayət məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyyatsızlıqdan zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsiylə məhkumluq həyatı yaşayan Musayev Fərhad Moşu oğlunun məhkəmə prosesi hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.
İttiham aktına görə, hadisə 2017-ci il martın 26-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə Telman Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" barının inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə mübahisə edib.
İnzibatçı Fərhad Musayev aralarında baş verən münaqişə zəminində Telman Məmmədovu yumruqla vurub və o başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən Fərhad Musayev dostu ilə birgə Telman Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orada dünyasını dəyişib.
Məlumata görə, həmin gecə müğənni Orxan Babazadənin konsert proqramı olub, mərhumda dostu ilə həmin partidə iştrak edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı Fərhad Musayevi saxlayıblar.
Qeyd edək ki, Fərhad Musayev bu il fevral ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə məhkumun apellyasiya şikayətini dəyişdirmədən qüvvədə saxlayıb.