Fuad Abbasov niyə buraxılmır? – Aclıq aksiyası davam edir

Fuad Abbasov niyə buraxılmır? – Aclıq aksiyası davam edir Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov haqqında çıxarılan deportasiya qərarı hələ də icra edilməyib.

Fuad Abbsovun ailəsinin BAKU.WS-ə verdiyi məlumata görə, o buna etiraz olaraq başlatdığı aclıq aksiyasını 4 gündür davam etdirir.

Məlumata görə, jurnalistin səhhəti, qərarın niyə icra olunmadığı və hələ də orada saxlanılmasının səbəbi barədə ailəsinə dəqiq məlumat vermirlər.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Oxşar xəbərlər