Xəbər verildiyi kimi, mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini icra nümayəndələrinə etiraz əlaməti olaraq yandırıb.
"Oxu.Az" xəbər verir ki, hazırda müharibə əlili itkin düşüb.
Məlumat ölkənin hüquq mühafizə orqanlarından verilib. Veteranın həyat yoldaşı Tamam Əkbərova da məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, Əkbərovun atası oğlunun itkin düşməsilə bağlı polisə müraciət edib.
Qeyd edək ki, Fuad Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya etiraz əlaməti olaraq yandırıb.
İcra hakimiyyəti Əkbərovun bu iddialarını təkzib edib və onun sözlərini “təxribat” adlandırıb.