Azərbaycanda məktəblinin qatarın altında qalmasının dəhşətli TƏFƏRRÜATI

Azərbaycanda məktəblinin qatarın altında qalmasının dəhşətli TƏFƏRRÜATI Bu gün Ağstafa rayonunda 10 yaşlı məktəblinin ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, Böyük Kəsik kəndində qatarın altında qalaraq ölən 10 yaşlı Elbrus Məmmədov saat 12:30 radələrində dərsdən çıxıb. Daha sonra evə yola düşən şagird stansiya ərazisindən dəmir yolu xəttinin əks tərəfinə keçmək üçün yük vaqonlarından ibarət qatarın altından keçməyə çalışıb. O, vaqonun altına daxil olarkən Qatar hərəkətə başlayıb. 10 yaşlı Elbrus vaqonun sonuncu təkərinin altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Bildirilir ki, vəfat edən şagirdin atası İlham Əhmədov hadisənin baş verdiyi dəmir yolu stansiyasında işləyir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Əhmədov Böyük Kəsik kənd tam orta məktəbinin 4-cü sinif şagirdidir.

Oxşar xəbərlər