Bakıda fantastik qiymətə iki otaqlı ev – Fotolar

Bakıda fantastik qiymətə iki otaqlı ev – Fotolar Paytaxtda 3 100 000 AZN qiymətinə iki otaqlı mənzil satılır.

bu barədə elan Bina.Az saytında yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Xətai rayonunda, Yaşıl ada küçəsində yerləşən 2 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, “Xətai” metrostansiyasının yanında yerləşən evin ümumi sahəsi 95 kvadratmetr təşkil edir. Bu mənzilə sahib olmaq istəyən şəxs nə az, nə çox düz 3 100 000 manat ödəməli olacaq.
Hesablamaya görə mənizlin 1 kvadratmetri 32 600 AZN başa gəlir.

Qeyd edək ki, bu qiymətdən bir qədər baha Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.

Buta.media
Bakıda fantastik qiymətə iki otaqlı ev – Fotolar
Bakıda fantastik qiymətə iki otaqlı ev – Fotolar

Oxşar xəbərlər