Əməkdar artist Elnarə Abdullayeva “Övladıma müğənni qız almaram” mövzusuna yenidən toxunub.
Axşam.az-ın məlumatına görə, “Ən yaxşısı” verilişində qonaq olan xanəndə sərt açıqlaması ilə növbəti qalmaqalın təməlini qoyub:
“Sözü olan, üzümə desin. Heç kimin haqqında heç nə danışmıram. Bu yaxınlarda oxuyanlardan bir neçəsi danışdı. “Özü də oxuyandı, niyə belə edir” deyirlər. Əvvəla, mən oxuyanam, mən mənəm. Mənim gəldiyim yoldan hamının xəbəri var. Allahım göydə bilir. O sözü deyən gətirib mənim ləpirimə ayağını qoymasın, qoya da bilməz. Mümkün də deyil…
İkincisi, ailəmə, övladlarıma vaxtında istədiyim qədər vaxt ayıra bilmədim. Qayınana, qayınatam, anam, atamı vaxtılı-vaxtında görə bilmədim. Ona görə də istəmirəm oğlum da gedib müğənni qız alsın. Elxanın (həyat yoldaşı – red.) çəkdiyini, istəmərəm oğlum çəksin. Niyə başımı xarab edirsiz?
Özləri “kimdirsə” yox, nədirsə, elə də danışırlar. Onların əskik xarakteri, mənlikləri və düşüncələri var. Mən nə deyirəm, sən nə deyirsən? Mənim sözümün qabağına nə deyəcəksən? Get al da… Neçə ildir oxuyanlar evlənir, ailəsinə gəlin gətirir. Bəs, niyə bu oxuyanları almırsınız? Nə oğul evləndirmişəm, nə qız köçürmüşəm. Yaxşı mənada deyirəm ki, çətindir. Özləri nədir o tərəfdən yanaşırlar.
Heç kimdən qorxmuram. Artıq-əskik hərəkətim yoxdur ki, gətirib qabağıma qoysunlar. 17 yaşından bəri əskik işim olmayıb. Cavan qız olmuşam, indi deyirlər oğlanı sevsin, tanısın. Mən oğlanla danışmamışam, sevməmişəm. Oğlan kimdir onla danışım. Düzgün deyil. Səhvlər buraxmamışam. Başıaçıq, qoluaçıq gəzmişəm, səhvimdir.
Əvvəl də belə açıqlama verdim, qanmadılar. Bu dəfə yenə deyirəm və son qoyuram”.
Qeyd edək ki, Elnarənin “Müğənni qız almaram” ifadəsinə etiraz edənlər arasında əməkdar artist Röya Ayxan, müğənni Xatirə İslam və başqaları yer alıb.