“Amerika, İtaliya, Dubay Avropa ölkələridir” — Şəbnəm Tovuzlunun coğrafiya bilikləri

“Amerika, İtaliya, Dubay Avropa ölkələridir” — Şəbnəm Tovuzlunun coğrafiya bilikləri ARB-də yayımlanan “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.
Verilişin əvvəlində aparcılar Tovuzlu ilə qısa oyun keçirmək qərarına gəliblər. Oyunun şərtlərinə görə, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli idi.

Elə maraqlı və yaddaqalan məqamlar da bundan sonra yaşanıb. Oyun başlayıb...

Sadə suallardan sonra iş bir az çətinləşib, çünki sıra qəliz suallara gəlib. Belə ki, aparıcının

“Avropada dörd ölkə” sualı müğənniyə əməlli-başlı çətin anlar yaşadıb.

“Bu yaxınlarda Dubaya gedmişdik. Dubay Avropa deyil amma yaxındı da. Mən oralarda olmamışam vallah nə deyə bilərəm. Ona görə də bilmirəm. Amerikanın özü, İtaliya”, - deyə cavab verib.

“Bəxt üzüyü” filmində Söylü demişkən “Beyləqan vəziyyət” bununla bitməyib. Növbəti sualı Şəbnəm xanım yenə də özünəməxsus şəkildə cavablandırıb.
“Rasim Balayevin oynadığı dörd obraz” sualına isə “Rasim Balayevi çox sevirəm, amma Azərbaycan filmlərinə inanın çox az baxmışam”, – deyə qeyd edib.

Sonda aparıcıların köməyi ilə “Babək”, “Nəsimi” filmlərinin adını çəkən ifaçı “Mən o zamanlar uşaq olmuşam, necə baxardım” fikrini də bildirib.
“Dörd Azərbaycan şairi" – sualına isə Tovuzlu:

“Səməd Vurğun, babam aşıq Səməd, Zəlimxan Yaqub və Sücaət Əhmədov”un adlarını çəkməyə müvəffəq olub.

Sonda oxucularımıza Məhəmməd peyğambərin bir kəlamını xatırlatmaq istəyərdim:

“Beşikdən qəbr evinə qədər oxuyun”...

Oxşar xəbərlər