Şəbnəm Tovuzlu məclislərə mühafizəçi ilə getməyi barədə danışıb.
Sənətçi “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində bildirib ki, məclislərə məcburən mühafizəçiylə gedir:
“Bəzi tamadalar və kişi müğənnilər var ki, çox da ürəkli deyillər, yanlarındakı xanım sənətçiyə kimsə yaxınlaşmaq istəyəndə mane olmurlar. Niyə hansısa sərxoş gəlib əlini çiynimə qoyub söz deməlidir? Belə şeylər olmasın deyə, mühafizə xidmətlərinin biriylə danışıb özümə işçi götürmüşəm. Həmin mühafizəçi iyirmi dörd saat qulluğumdadır”.
Qeyd edək ki, son zamanlar bəzi sənətçilərin, o cümlədən Ş.Tovuzlunun məclislərə mühafizəçiylə getməsi tənqidlərə səbəb olub.