Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir

Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir Ağstafada Milli Mətbuat Günü qeyd edildi

Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir


Bu gün Ağstafa Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü qeyd edildi. Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Ağstafa qəzetinin baş redaktorunu və idarə heyyətini qəbul edərək qeyd etdi ki, bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub. Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə də sovet dövrünün məlum ideoloji çərçivələrində belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verib. Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının gerçək ifadəsidir. İcra başçısı bütün jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Sonda tədbir iştirakçılarının çıxışları dinlənildi və Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edildi.

Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir

Hazırda rayona rəhbərlik edən icra başçısı Nizaməddin Quliyevin Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.

Qeyd edək ki, Nizaməddin Quliyev Ağstafaya icra başçısı təyin edilməsindən artıq bir neçə ay keçib. Hələ digər sahələrdə işləyərkən cənab Quliyev bir sıra uğurlara imza atmış, Vətənçün bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Ağstafaya icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Ağstafa rayon İcra Hakimiyyəti Başçısı cənab Nizaməddin Quliyevin bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Ağstafanın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Qanuninfo.az-nun elektron poçtuna ünvanlanan məktublarda Ağstafa RİH-nin başçısı Nizaməddin Quliyevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.

Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir











Bir neçə il əvvələ qədər Ağstafada görülən işlərin miqyası belə geniş deyildi. Qanuninfo.az olaraq material hazırlayanda görülən işlərdən, həyata keçirilən tədbirlərdən bir cümlə yazanda, beş cümlə də rayonun füsunkar təbiətindən, payız dumanının dərələrdə sürünməyindən, bəyaz bulud karvanlarının yaşıl ormanların üzərində “dincini almağından” və sair gözə xoş gələn özəlliklərdən bəhs etməli olurduq. İndi Ağstafada tikinti-quruculuq, abadlıq istiqamətində o qədər iş görülür ki, yazının həcmli və ya dolğun çıxması üçün təbiət gözəlliklərinə üz tutmağa ehtiyac qalmır.

"Ağstafa rayonunun inkişafı çox sürətlə gedir. Son beş il ərzində Ağstafada iqtisadiyyat təxminən beş dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir"

Ağstafa xarici turistlərin sevimli məkanı kimi tanınır. Azərbaycanın turizm üçün əlverişli olan bu dilbər guşəsində müxtəlif sənətkarlıq növləri yüksək inkişaf edib ki, bu da Ağstafanı turistlər üçün maraqlı məkana çevirib.


Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir









Ağstafa rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Ağstafa ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.


Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edirNizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir

Oxşar xəbərlər