Nizaməddin Quliyevin əməyi sayəsində Goranboy ölkənin regionunun mərkəzinə çevrilməkdədir

Nizaməddin Quliyevin əməyi sayəsində Goranboy ölkənin regionunun mərkəzinə çevrilməkdədir İcra başçısı aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Goranboy rayonu ildən-ilə gözəlləşir

Azərbaycanın ən gözəl guşələrindən biri olan, ölkənin əlverişli fiziki coğrafi şəraitdə yerləşən, Goranboyda son illər genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri aparılır. Belə ki, rayonda yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur, divarlara xüsusi formalı üzlüklər çəkilir, müasir dizaynda yeni parklar, bağlar salınır. Magistral yollarda, şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb, mövcud divar və hasarlar suvaqlanaraq rənglənib, asfaltlanma işləri aparılıb, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılıb.

Gördüklərini, müşahidə etdiklərini yazın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr Goranboyda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Goranboy Rayon İcra Hakimiyyətinin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Sosial şəbəkələrdə lövbər salmış şər-böhtan müəllifləri bircə dəfə gəlib şəhər Mədəniyyət Mərkəzinə, Heydər Əliyev prospektinə, və digər küçələrinə baxsalar, gözlərini nə qədər qapasalar da görərlər ki, rayon İcra hakimiyyəti başçı ilə birlikdə işlə məşğuldur, ətrafdan gələn səslərə baxmayaraq karvanını inamla irəli aparır.

Mərdlər ölkəsi olan Azərbaycanın elektron mətbuatında heyif ki, tək-tək də olsa namərdlər hələ qalmaqda, şər atmaqda , böhtan yazmaqda, tələ qurmaqda, milli-mənəvi dəyərləri tapdamaqda, qanunları pozmaqdadır.

Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, doğrudan da Goranboy ölkənin regionunun mərkəzinə çevrilməkdədir. Yazının əvvəlində də vurğuladığımız kimi, rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Nizaməddin Quliyevin əməyi böyükdür. Ümid edirik ki, Goranboy bundan sonra da gözəlləşəcək, daim inkişafda olacaq.

Oxşar xəbərlər